İtaliya millisinin sabiq yarımmüdafiəçisi Klaudio Markizio hazırda ən çox bəyəndiyi futbolçunun adını açıqlayıb.
Newsport.az “The Touchline”-a istinadən xəbər verir ki, “Yuventus”un 40 yaşlı keçmiş futbolçusu, Çud Bellingemi (“Real”) xüsusi qeyd edib:
“Çud Bellingem mənim sevimli futbolçumdur”.
23 yaşlı Bellingem 2023-cü ilin yayından “Real”ın formasını geyinir. İngiltərəli yarımmüdafiəçi bu müddətdə Madrid təmsilçisinin heyətində keçirdiyi 140 rəsmi oyunda 46 qola imza atıb, 33 məhsuldar ötürmə verib.
Markizio futbolçu karyerası ərzində “Yuventus”da, icarə əsasında “Empoli”də və “Zenit”də çıxış edib.