“Qalatasaray” rus futbolçunu transfer edə bilər 20 milyon avroya

Lokomotiv”in (Rusiya) hücumameyilli yarımmüdafiəçisi Aleksey Batrakov karyerasını “Qalatasaray”da davam etdirə bilər.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul klubu transfer danışıqlarında ciddi irəliləyiş əldə edib. 21 yaşlı futbolçunun keçidinin 20 milyon avroya başa gələ biləcəyi bildirilib. Bu məbləğin 16 milyon avrosu “Lokomotiv”ə, 4 milyonu isə futbolçunun agentinə çatacaq.

Daha əvvəl rusiyalı oyunçu ilə PSJ də maraqlanıb.

“Qalatasaray” 2026/2027 mövsümündə UEFA Çempionlar Liqasında iştirak edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right