Estoniyanın “Payde” komandası bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında “Zirə”nin qonağı olub.
Newsport.az xəbər verir ki, oyundan sonra “Payde”nin baş məşqçisi Tarmo Kinkin mətbuat konfransı keçirilib. Estoniyalı mütəxəssis 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib:
“Heç bir sirr yoxdur. Biz birlik olaraq qalib gəldik, döyüşdük. İşin əsası da elə bundan ibarət idi. Sona kimi mübarizə apardıq və qələbə qazandıq. Başqa heç bir sirr yoxdur.
Yaxşı qapıçımız, yaxşı müdafiəçilərimiz var. Bəzən oyun belə olur. Çox hücum edən tərəf olursan, amma nəticə fərqli olur.
Hisslərim çox yenidir. Əlbəttə, çox çətindir. Avropada hər bir mərhələni aşmaq yeni bir tarixdir. Düşünürəm ki, dayanmamalıyıq və irəli getməliyik”.
İki oyunun yekununda 2:1 hesabı ilə qalib gələn “Payde” növbəti mərhələyə adlayıb.