“Lill”in yarımmüdafiəçisi Ayyub Buaddi karyerasını “Mançester Siti”də davam etdirməyə yaxındır.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu mərakeşli futbolçu ilə müddəti 2031-ci ilin yayına qədər olacaq müqavilə barədə razılığa gəlib. Hazırda klublar arasında da danışıqlar yekunlaşmaq üzrədir.
Daha əvvəl Buaddinin transferinin “Mançester Siti”yə 80 milyon avrodan çoxa başa gələcəyi bildirilib.
18 yaşlı yarımmüdafiəçi “Lill”in əsas komandasında 96 oyunda meydana çıxıb və 4 məhsuldar ötürmə verib. O, bu yaxınlarda keçirilən dünya çempionatında Mərakeş millisinin heyətində 5 oyunda iştirak edib və bütün matçlara start heyətində başlayıb.