Bir vaxtlar “Barselona”nın böyük ümidlərindən sayılan yarımmüdafiəçi Alen Haliloviç karyerasını yenidən İtaliyada davam etdirə bilər.
Newsport.az xəbər verir ki, bu barədə “PianetaMilan” məlumat yayıb.
29 yaşlı futbolçu ilə İtaliya B Seriyasında çıxış edən “Avellino” maraqlanır. Komandaya “Milan”ın sabiq futbolçusu Alessandro Nesta rəhbərlik edir. O, daha əvvəl “Napoli”nin keçmiş oyunçusu Adam Unası heyətə qatdıqdan sonra, indi də Haliloviçi transfer etmək niyyətindədir.
Haliloviç daha əvvəl İtaliyada “Milan”ın da formasını geyinib.
Xorvatiyalı futbolçu son olaraq Niderlandın “Fortuna Sittard” komandasında çıxış edib.