Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo sosial şəbəkə hesabında yeni paylaşımı ilə diqqət çəkib.
Newsport.az xəbər verir ki, 41 yaşlı futbolçu paylaşımında belə yazıb:
“Günəşə tərəf döndüyünüz zaman kölgələr arxanızda qalır”.
Ronaldo Portuqaliya millisinin heyətində 2026-cı il dünya çempionatında da iştirak edib. O, mundialda keçirdiyi 5 oyunda 3 qola imza atıb. Portuqaliya millisi turnirlə 1/8 final mərhələsində vidalaşıb. Komanda bu mərhələdə İspaniya yığmasına 0:1 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.