Savio “Mançester Siti”yə klubunu dəyişmək istədiyini bildirib

“Mançester Siti”nin vingeri Savio karyerasını “Tottenhem”də davam etdirmək istəyir.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu qərarını artıq “Mançester Siti” rəhbərliyinə çatdırıb. Onun 2025-ci ilin yayında da “Tottenhem”ə keçməyə hazır olduğu, lakin “şəhərlilər”in transferə razılıq vermədiyi bildirilir. Hazırda tərəflər arasında danışıqlar davam edir və transferin maliyyə şərtləri hələ razılaşdırılmayıb.

“Transfermarkt” Savionun bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirilir. O, 2025/26 mövsümündə “Mançester Siti”nin heyətində bütün turnirlərdə 36 oyuna çıxaraq 4 qol vurub və 3 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right