"Mançester Siti" Xorvatiya millisinin üzvü ilə müqavilə imzaladı

"Mançester Siti" müdafiəçi Yoşko Qvardiolun müqaviləsinin müddətini uzadıb.

Newsport.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

Xorvatiya millisinin üzvü ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşmə imzalanıb. Onun əvvəlki müqaviləsi 2 il sonra baa çatırdı.

Qeyd edək ki, "Mançester Siti" Yoşku Qvardiolu 2023-cü ilin yayında "Leyptsiq"dən 90 milyon avroya transfer edib. 24 yaşlı mərkəz müdafiəçisi 2025/26 mövsümündə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right