"Barselona" təklifini 130 milyon avroya qaldırıb

"Barselona" "Atletiko"nun hücumçusu Xulian Alvaresin transferi uğrunda mübarizəni davam etdirir

Newsport.az xəbər verir ki, İspaniya çempionu təklifini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa hazırdır. Bu barədə "Touchline" nəşri məlumat yayıb.

Kataloniyalılar potensial transfer məbləğini 130 milyon avroya qədər artırıblar. Bu, 100 milyon avro qiymətləndirilən əvvəlki təklifdən 30 milyon çoxdur.

Eyni zamanda, "Atletiko" rəhbərliyi 26 yaşlı forvardın satışına dair danışıqlara başlamağı planlaşdırmır. Madrid klubu əsas futbolçularından birini buraxmaq imkanını nəzərdən keçirmirlər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right