AFFA kimi FİFA prezidenti kimi görmək istəyir?

Məlum olduğu kimi, FİFA-nın Seçki Komissiyası prezident vəzifəsinə irəli sürülən 5 namizədi təsdiq edib.
Newsport.az saytının məlumatına görə, namizədlərdən biri UEFA-nın hazırkı  baş katibi Canni İnfantinodur. UEFA-da işlədiyi 15 il ərzində (6 il UEFA-nın baş katibi qismində) cənab İnfantino böyük təcrübə toplayıb və hazırda Avropa futbol ailəsinin ən nüfuzlu mütəxəssislərindən sayılır.

 
2016-cı il yanvarın 19-da Canni İnfantino seçkiqabağı proqramını ictimaiyyətə təqdim edib. Proqram 3 hissədən ibarətdir:
 
1. İslahat və effektiv idarəetmə
2. Demokratiya və yardım
3. Futbolun inkişafı
 
Qeyd olunan proqramla İnfantino dünya futbolunun yaxın illərdə inkişafı haqqında baxışlarını və ideyalarını bölüşüb. UEFA-nın üzvü olan milli assosiasiyaların əksəriyyəti, həmçinin başqa konfederasiyaları təmsil edən bəzi federasiyalar İnfantinoya öz dəstəklərini bildiriblər.
 
AFFA Canni İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəklədiyini bəyan edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right