"Barselona”nın və Argentina milli komandasının futbolçusu Leonel Messi 500 qol səddini aşıb.
Newsport.az saytının məlumatına görə, bu, İspaniya kubokunun yarımfinal mərhələsində "Valensiya” ilə keçirilən qarşılaşmada reallaşıb.
"Barsa”nın 7-0 hesabı ilə qələbə qazandığı görüşdə Messi "het-trik” edib. O, vurduğu 3 qol sayəsində karyerası ərzində vurduğu qolların sayını 501-ə çatdırıb.
Qeyd edək ki, Messi bu qolların 436-nı "Barselona”nın heyətində, 65-ni isə Argentina milli komandasının heyətində vurub.