“Bolonya”nın dayağı İstanbul yolunda

“Qalatasaray” İtaliyanın “Bolonya” klubunun kolumbiyalı müdafiəçisi Con Lukumi üçün hərəkətə keçib.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi 28 yaşlı stoper üçün 5 milyon avro təklif irəli sürüb.

“Yuventus”un da yaxından maraqlandığı kolumbiyalı futbolçunun “sarı-qırmızılılar”ın təklifinə müsbət yanaşdığı bildirilir. “La Gazzetta dello Sport” nəşrinin məlumatına görə, bu keçidin reallaşması “Qalatasaray”ın digər kolumbiyalı müdafiəçisi Davinson Sançesin vəziyyətindən asılıdır. Sançesin A Seriyası təmsilçisi “Komo”ya transfer olunacağı gözlənilir.

Con Lukumi 2025/26 mövsümündə “Bolonya”nın heyətində A Seriyasında 29 matçda daxil olub, 1 qol və 5 sarı vərəqə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right