“Yuventus” dünya çempionunu transfer edir?

“Yuventus”un baş məşqçisi Luçano Spalletti “Aston Villa”nın qapıçısı Emiliano Martinesin transfer siyahılarında olduğunu təsdiqləyib.

Newsport.az xəbər verir ki, təcrübəli mütəxəssis argentinalı qolkiperin keçidi ilə maraqlandıqlarını, lakin maliyyə məsələlərində ehtiyatlı davranmalı olduqlarını bildirib.

“Aston Villa”nın idman direktoru Damian Vidoqani 33 yaşlı qapıçını satmaq niyyətində olmadıqlarını bildirsə də, Spalletti Martinesi komandada görmək istəyini gizlətməyib:

“Hazırda heyətimizdə iki qapıçı var. Komandada rəqabəti artırmaq istəyirik və bu mövqeyə yeni bir oyunçu axtarırıq. Baxacağıq, indi bir çox futbolçular özlərinə yeni komanda tapacaqlar. Dibu Martines də böyük ehtimalla klubunu dəyişə biləcək qapıçılardan biridir, lakin biz transfer bazarında ehtiyatlı və səliqəli işləməliyik. Çox böyük məbləğlər xərcləmək imkanımız yoxdur”.

Qeyd edək ki, 2020-ci ildən “Aston Villa”nın şərəfini qoruyan Emiliano Martines Birmingem təmsilçisinin heyətində bütün turnirlərdə 256 matçda meydana çıxıb. Təcrübəli qolkiper ötən mövsüm komandası ilə Avropa Liqasının qalibi olub.

Martines Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionluğu ilə yanaşı, iki dəfə (2021, 2024) Amerika Kubokunun da qızıl medallarını qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right