“Barselona” hücumçu Ferran Torresi komandada saxlamaq niyyətindədir.
Newsport.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubu 26 yaşlı futbolçunu cari transfer dövründə satmağı planlaşdırmır, əksinə, gələn yay başa çatacaq müqavilənin müddətini uzatmaq istəyir.
Daha əvvəl PSJ-nin forvardın transferində maraqlı olduğu barədə xəbərlər yayılıb.
Torres 2022-ci ildən “Barselona”nın formasını geyinir. “Transfermarkt” onun bazar dəyərini 55 milyon avro olaraq qiymətləndirir.