19 yaşlı vinger Yan Diomande "Leyptsiq"dən "Real"a transfer olunub.
Newsport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.Madrid klubu Bundesliqa təmsilçisi ilə transferin bütün detallarını razılaşdırıb. Sövdələşmənin məbləği 100 milyon avronu ötəcək.
Diomande bu həftə Madridə yollanacaq. O, tibbi müayinədən keçdikdən sonra 2031-ci ilin iyun ayınadək nəzərdə tutulan müqaviləyə imza atacaq.
Kot-d'İvuarlı vinger 2025-ci ilin yayından “RB Leyptsiq”in formasını geyinir. O, Bundesliqadakı debüt mövsümündə 12 qol vurub və 8 məhsuldar ötürmə edib.