"Barselona" və PSJ-nin keçmiş qapıçısı Arnau Tenas müvəqqəti olaraq 2025-ci ilin avqustundan bəri oynadığı "Vilyarreal"dan ayrılıb.
Newsport.az xəbər verir ki, 25 yaşlı qapıçı gələn mövsüm icarə əsasında "Malyorka"ya qoşulacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Malyorka" ötən mövsümdən sonra La Liqadan Sequndaya yuvarlanıb. Onun “Vilyarreal”la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.