Azərbaycan millisinin üzvü Mahir Emreli Polşa çempionatının ilk turunda “Rakuv”un heyətində meydana çıxacaq.
Newsport.az xəbər verir ki, Emreli “Rakuv”un ilk turda “Visla”ya (Plok)qarşı keçiriləcək görüşün start heyətində yer alıb.
Qarşılaşmaya Bakı vaxtı ilə 16:45-də start veriləcək. Xatırladaq ki, üç gün əvvəl Emreli “Rakuv”da uğurlu debüt edərək Konfrans Liqasının təsnifat mərhələsində “Valletta”ya (3:1) qarşı görüşündə qol vurmuşdu.