Emrelinin komandasından uğursuz start

Dünən 2026/27 mövsümü Polşa çempionatına start verilib.

Newsport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yeni komandası “Rakuv” 1-ci turda ilk matçını bu gün keçirib. Onlar “Visla”nı (Plotsk) qəbul edib və 1:2 hesabı ilə uduzub.

M.Emreli əsas heyətdə yer alıb və 56-cı dəqiqədə Adin Molnarla əvəzlənib. O, görüşdə qolla fərqlənə bilməyib.

Xatırladaq ki, Emreli bu həftə "Rakuv”dakı debüt oyununda bir qol vurub. O, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində  "Valletta" (Malta) ilə keçirilən görüşdə (3:1) rəqib qapısına yol tapıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right