"Monako"nu "Nyukasl"a dəyişdi

"Monako" klubunun yarımmüdafiəçisi Alaci Bamba "Nyukasl"ın heyətinə qoşulub.

Newsport.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı fransalı futbolçu 2031-ci ilə qədər qüvvədə olan müqavilə imzalayıb. Bu transferin "sağsağanlar"a 35,5 milyon avroya başa gəldiyi bildirilir.

Bamba "Monako"nun əsas komandasında 2025-ci ilin avqustunda debüt edib. O, sözügedən vaxtdan bəri bütün turnirlərdə 25 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right