"Leypsiq" klubunun və Norveç millisinin vingeri Antonio Nusa karyerasını "Roma"da davam etdirə bilər.
Newsport.az xəbər verir ki, bu barədə "Goal.com" idman portalı məlumat yayıb.
Bildirilir ki, "Roma" hazırda yeni vinger axtarışlarını davam etdirir. Krisensio Sammervilli heyətinə qatmaq üçün etdiyi uğursuz cəhddən sonra (onu son anda "Əl-Hilal" transfer edib) romalılar diqqətini Nusaya yönəldiblər.
İlk danışıqlar artıq baş tutub. "Leypsiq" öz oyunçusu üçün 60 milyon avro tələb edir və istənilən məbləği maksimum 5 milyon avro azaltmağa hazırdır. "Roma" ilə yanaşı, Nusanın 2026-cı il dünya çempionatındakı uğurlu çıxışından sonra "Nyukasl" və "Arsenal" da onunla maraqlanır.
21 yaşlı vingerin müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Ötən mövsüm onun hesabında "Leypsiq"in heyətində bütün turnirlərdə keçirdiyi 35 oyunda 5 qol və 4 məhsuldar ötürmə var. Nusa Norveç millisinin heyətində çıxdığı 30 matçda 9 qol vurub.