"Milan" futbolçusu Naydjel de Yonqla yolları ayırıb.
Newsport.az-ın məlumatına görə, Hollandiya millisinin yarımmüdafiəçisi ilə müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib.
Artıq 31 yaşlı oyunçunun yeni klubu müəyyənləşib. O, ABŞ-ın "Los Anceles Qalaksi" klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, de Yonq futbolçu karyerası ərzində "Ayaks", "Hamburq", "Mançester Siti", "Milan" klublarının şərəfini qoruyub. O, Hollandiya millisi ilə 81 matçda oynayıb.