"Mançester Siti" "Barselona"nın futbolçusunu "oğurlayır"

"Mançester Siti"nin gələcək baş məşqçisi Pep Qvardiola sabiq klubu "Barselona"da top qovan qapıçı Klaudio Bravonu yeni komandasında görmək istəyir.

Newsport.az-ın məlumatına görə, Qvardiola çilili qolkiperi israrla İngiltərəyə gətirmək niyyətindədi. İngiltərə mətbuatında yer alan xəbərdə bildirilir ki, Bravo yayda "Mançester Siti"yə keçəcək.

Qeyd edək ki, qolkiperin "Barselona" ilə müqaviləsində təzminat qiyməti 40 milyon avro qeyd edilib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right