"Bavariya" Avstriya millisinin üzvü ilə müqavilə imzaladı

"Bavariya" müdafiəçi Konrad Laymerin mövsümün sonunda başa çatan müqaviləsinin müddətini artırıb. 

Newsport.az xəbər verir ki, bu barədə Almaniya çempionunun mətbuat xidməti məlumat yayıb. 

Avstriya millisinin üzvü ilə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb. 

Qeyd edək ki, Konrad Laymer 2023-cü ilin yayından "Bavariya"da çıxış edir. 29 yaşlı sağ cinah müdafiəsi 2025/26 mövsümündə Münhen təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 3 qol və 13 məhduldar ötürmə ilə yadda qalıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right