"Əl-Nəsr"in hücumçusu Con Duran icarə əsasında "Benfika"ya keçib.
Newsport.az xəbər verir ki, Ərəbistan klubunun mətbuat xidməti "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Bildirilir ki, Portuqaliya təmsilçisi 22 yaşlı kolumbiyalı futbolçunu 30 milyon avroluq satınalma variantı ilə 2026/2027 mövsümünün sonuna qədər icarəyə götürüb.
"Benfika" bu keçid üçün rəqib tərəfə 6,1 milyon avro ödəyəcək. Transferlə bağlı yayılan rəsmi açıqlamada "Ona karyerasının yeni mərhələsində ən yaxşı arzularımızı çatdırırıq" sözlərinə yer verilib.
Forvard ötən mövsümün ikinci yarısını icarə əsasında Sankt-Peterburqun "Zenit" klubunda keçirib. "Transfermarkt" portalının məlumatına görə, əvvəllər "Aston Villa" və "Fənərbağça"da da çıxış etmiş oyunçunun hazırkı bazar dəyəri 15 milyon avro təşkil edir.