Qvardiolanın əşyaları hərraca çıxarıldı

İngiltərənin "Mançester Siti" klubu ispaniyalı mütəxəssis Cozep Qvardiolanın şəxsi əşyalarını onlayn hərraca çıxarıb.

Newsport.az xəbər verir ki, "Reuters" informasiya agentliyi məlumat yayıb.

Bildirilir ki, söhbət "şəhərlilər"in sabiq baş məşqçisinin ofisindəki əşyalardan gedir. Mançester təmsilçisi Qvardiolanın özündən sonra qoyub getdiyi məşq gödəkcəsini, stulu, lampanı, qəhvə fincanı dəstini, çərçivəyə salınmış fotoşəkili və digər xırda əşyaları satışa təqdim edir.

Klub həmçinin hücumçu Erlinq Halandın komandadakı yubiley 100-cü qolunu vurduğu və üzərində imzası olan yubiley topunu artıq 3000 avroya satmağa macal tapıb.

Xatırladaq ki, Cozep Qvardiola 2025/26 mövsümü başa çatdıqdan sonra "Mançester Siti"nin baş məşqçisi postundan ayrılıb. İspaniyalı mütəxəssis bu klubda 10 il çalışıb və bu müddətdə komandaya 20 trofey qazandırıb. Bu uğurlar arasında 6 İngiltərə çempionluğu, 3 İngiltərə Kuboku, Çempionlar Liqası, UEFA Superkuboku və dünya çempionatı yer alır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right