"Monpelye"nin yetirməsi "Turan Tovuz"da

"Turan Tovuz" yay "transfer pəncərəsi"ndə heyətini yeni legionerlə gücləndirib.

Newsport.az xəbər verir ki, Tovuz klubu "Monpelye"nin yetirməsi olan Stiv Beusnard ilə 2 illik müqavilə bağlayıb.

Boyu 1,70 metr olan  fransalı yarımmüdafiəçi sol ayaqla oynayır. Əsas mövqeyi mərkəz yarımmüdafiəçisi olsa da, universallığı ilə seçilən futbolçu ehtiyac yarandıqda pleymeyker və dayaq yarımmüdafiəçisi funksiyalarını da uğurla yerinə yetirir.

34 yaşlı futbolçu karyerası ərzində vətənində "Bezye" və "Ayaçço" kimi klubların formasını geyinib.

Ötən mövsüm "Pau" klubunun heyətində bütün turnirlər daxil olmaqla ümumilikdə 29 rəsmi matçda meydana çıxan təcrübəli yarımmüdafiəçi 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right