Mahir Emrelinin yeni komandası bəllidir

Bu gün Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Polşanın “Rakov” klubu ilə müqavilə imzalayacaq.

Newsport.az xəbər verir ki, 29 yaşlı hücumçu artıq tibbi müayinədən keçib.

Tərəflər bu gün rəsmi müqaviləyə qol çəkəcək.

O, “Kayzerslautern”dən ayrılaraq icarə əsasında “Rakov”da oynayacaq. İcarə müddəti bir il olacaq. Polşa klubunun Emreli almaq seçimi də var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right