Messi: “Mən oyunu əvvəlki dünya çempionatında, Qətərdə başa vurmuşam”

Argentina millisinin kapitanı Lionel Messi karyerasının video-oyuna bənzədilməsi ilə bağlı səsləndirilən fikirlərə maraqlı reaksiya verib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı futbolçu jurnalistin “karyeran sanki səviyyələri bir-bir keçərək son mərhələyə çatan video-oyuna bənzəyir” fikrinə belə cavab verib:

“Mən oyunu əvvəlki dünya çempionatında, Qətərdə finalı qazananda başa vurmuşam”.

Messi iyulun 19-da Argentina millisinin heyətində İspaniya yığmasına qarşı keçiriləcək 2026-cı il dünya çempionatının finalında meydana çıxacaq. O, bu matçda karyerasında ikinci dəfə dünya çempionu olmaq şansı qazana bilər.

Argentina millisi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının finalında Fransanı penaltilər seriyasında məğlub edərək, qızıl medallara sahib çıxmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right