Dünya çempionatının təşkilatçıları final matçındakı fasilənin adət üzrə 15 dəqiqə deyil, 17 dəqiqə davam edəcəyini rəsmən təsdiqləyiblər.
Newsport.az xəbər verir ki, bunun əsas səbəbi 11 dəqiqə davam edəcək genişmiqyaslı musiqili şouya hazırlıqdır. Azarkeşlərin qarşısında Şakira, Madonna, Castin Biber və BTS qrupu çıxış edəcək. Bu finalı təkcə ilin əsas futbol hadisəsi deyil, həm də turnirin ən möhtəşəm musiqi tədbirlərindən birinə çevirəcək.
Qalan 6 dəqiqə isə səhnənin qurulması və sökülməsi, həmçinin futbolçuların matçı lazımi şəraitdə davam etdirə bilmələri üçün meydançanın, xüsusilə də qazonun sulanması kimi zəruri işlərin görülməsinə sərf olunacaq.
Bu şounun dünya çempionatları tarixində ən baxımlı tamaşalardan biri olacağı və dünya üzrə milyonlarla auditoriyanı toplayacağı gözlənilir.
Xatırladaq ki, finalda İspaniya və Argentina komandaları qarşılaşacaqlar. Qarşılaşma sabah keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.