"Fənərbaxça"nın futbolçusuna Səudiyyə Ərəbistanından təklif

"Fənərbaxça"nın yarımmüdafiəçisi Fred karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, adı açıqlanmayan klub braziliyalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

Ərəblər Fred üçün 4 milyon avroluq təklif göndərib. Türkiyə klubu bu təklifi qəbul etməyib. İstanbul təmsilçisi 33 yaşlı oyunçunu yeni mövsümdə komandada saxlamağı planlaşdırır.

Qeyd edək ki, fFred 2025/206 mövsümündə "Fənərbaxça"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 45 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right