İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel 2026-cı il dünya çempionatında Fransa yığması ilə keçiriləcək üçüncü yer uğrunda oyun barədə fikirlərini bölüşüb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis komandasının tarixi nəticə qazanmaq şansı olduğunu bildirib:
“İngiltərənin son 60 ilin ən yaxşı nəticəsini göstərmək imkanı var. Bizi dünyanın ən güclü millilərindən birinə qarşı böyük oyun gözləyir. Düşünürəm ki, Fransa millisi yarımfinala qədər turnirin ən baxımlı futbolunu nümayiş etdirmişdi. İndi öz gücümüzü göstərməyin vaxtıdır”.
İngiltərə – Fransa matçı iyulun 18-dən 19-na keçən gecə, saat 01:00-da keçiriləcək.