Argentina millisinin qapıçısı Emiliano Martines komandasının uğurları barədə fikirlərini bölüşüb.
Newsport.az “The Touchline”-a istinadən xəbər verir ki, Martines əsas məqsədlərinin yalnız qələbə olduğunu bildirib:
“Mən yalnız qələbəyə köklənmişəm, qalan heç nə məni maraqlandırmır. Bu uğurlar bütün komandanın əməyinin nəticəsidir. Nail olduqlarımızı sözlə ifadə etmək çətindir. Bəzən bütün bunları düşündükcə ağlayıram. Bu anların dadını çıxarmaq lazımdır. Komanda yoldaşlarıma da mesajım budur: gəlin bu anlardan zövq alaq və finala sevinc hissi ilə hazırlaşaq. Çünki bu günləri ömrümüzün sonuna qədər xatırlayacağıq”.
Argentinalılar DÇ-2026-nın finalında İspaniya millisini məğlub edəcəkləri təqdirdə, ardıcıl ikinci dəfə dünya çempionu olacaqlar. Final matçı iyulun 19-da, saat 23:00-da start götürəcək.