Vaxtıilə "Neftçi” və "Qarabağ”da çalışmış məşqçi Türkiyə klubu ilə müqavilə imzalayıb.
Newsport.az-ın məlumatına görə, söhbət Mehmet Akdan gedir. Mütəxəssis Türkiyə PTT I Liqasında mübarizə aparan "Adana Demirspor”un baş məşqçisi təyin edilib.
Bu barədə məlumatı açıqlamasında mütəxəsisin özü bildirib.
Əlavə olaraq qeyd edək ki, Mehmet Ak Azərbaycanda köməkçi məşqçi kimi çalışdığı müddətdə "Neftçi” ilə ölkə çempionu, "Qarabağ”la ölkə kubokunun qalibi olub.