DÇ-2026-nın yarımfinalında dah bi qalmaqal Rays cəza almadı

İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays DÇ-2026-nın Argentina ilə yarımfinal oyununda (1:2) hakim tərəfindən cəzalandırılmaması ilə diqqət çəkib.

Newsport.az xəbər verir ki, görüş zamanı 26 yaşlı futbolçu üç dəfə ağzını əli ilə tutaraq rəqib oyunçulara nəsə deyib. Matçın əvvəlində futbolçular arasında yaşanan qarşıdurma zamanı Rays rəqiblərinə yaxınlaşaraq bu hərəkəti etsə də, baş hakim İsmayıl Əlfət buna reaksiya verməyib.

FİFA-nın yeni qaydalarına əsasən, ağzını əli ilə örtərək danışan futbolçu qırmızı vərəqə ilə cəzalandırılmalıdır. Buna baxmayaraq, Rays meydanda qalıb və yalnız 82-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, daha əvvəl DÇ-2026-da Paraqvay millisinin hücumçusu Migel Almiron Türkiyə ilə qrup oyununda (1:0), Ekvador yığmasının müdafiəçisi Pyero İnkapiye isə Meksika ilə 1/16 final matçında (0:2) eyni səbəbdən qırmızı vərəqə almışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right