Argentinalı hücumçu "Yuventus"a keçir

"Parma"nın hücumçusu Mateo Pelleqrino İtaliya A Seriyasında klubunu dəyişəcək.

Newsport.az xəbər verir ki, "Yuventus" argentinalı futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Turin klubu Pelleqrinonu 5 milyon avro qarşılığında icarəyə götürəcək. Klublar arasındakı anlaşmada 20 milyon avroluq satınalma bəndi də yer alacaq,

Qeyd edək ki, "Parma" Mateo Pelleqrinonu 2025-ci ilin fevralında "Veles Sarsfild"dən 1,6 milyon avroya transfer edib. 24 yaşlı forvard 2025/26 mövsümündə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 12 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right