Millinin həkimi ixtisasca ginekoloq imiş 10 il sonra bildilər

Seneqal Futbol Federasiyasının prezidenti milli komandada 10 il çalışmış həkimin ixtisasca ginekoloq olduğunu yalnız bu yaxınlarda öyrəndiyini etiraf edib.

Federasiya rəhbərinin sözlərinə görə, artıq həmin mütəxəssisin əvəzlənməsi üçün yeni həkim axtarışına başlanılıb. Bildirilir ki, futbolçular da uzun müddətdir ona tam etibar etmədikləri üçün mütəmadi olaraq tibbi yardım üçün müraciət etməyiblər.

Seneqal millisində diqqət çəkən digər qalmaqal isə komandanın aşpazı ilə bağlı yaşanıb. O, dünya çempionatı zamanı yerli amerikalı əməkdaş qadına qarşı yolverilməz davranış sərgilədiyi üçün “ölkənin nüfuzuna xələl gətirməmək” məqsədilə vaxtından əvvəl evə göndərilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right