Pavel Kapsanın yeni klubu bəlli oldu

"Simurq” və "Xəzər Lənkəran”ın sabiq qapıçısı Pavel Kapsanın yeni klubunun adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, "Xəzər Lənkəran”dan ayrıldıqdan sonra bir müddətdir klubsuz qalan Polşalı qolkiper karyerasını ölkəsində davam etdirəcək.
33 yaşlı "Leqnitsa” klubu ilə münasibətlərini rəsmiləşdirib. O, yeni klubu ilə ilyarımlıq müqavilə imzalayıb. 
Qeyd edək ki, Kapsa 2013-15-ci  illərdə "Simurq” klubunda uğurlu mövsüm keçirib. O, Zaqatala klubunun dağılmasından sonra "Xəzər Lənkəran”a üz tutub. Lakin  cənub klubuna FİFA tərəfindən qoyulan qadağa Kapsanın "Xəzər Lənkəran” karyerasını başlamamış bitirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right