"Brügge" Sommeri transfer etdi

İsveçrə millisinin qapıçısı Yann Sommer karyerasını Belçikada davam etdirəcək.

Newsport.az xəbər verir ki, 37 yaşlı qolkiper "Brügge"yə keçib. Bu barədə klubun saytı məlumat yayıb.

"Brügge" Sommerlə 2029-cu il iyunun 30-na qədər nəzərdə tutulan müqavilə imzalayıb. O, yeni klubuna azad agent kimi keçib.

Sommer son üç mövsümdə "İnter"də oynayıb. Təcrübəli qapıçı Milan təmsilçisi ilə iki dəfə A Seriyasının, bir dəfə İtaliya Kubokunun və bir dəfə İtaliya Superkubokunun qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right