Xəbər verdiyimiz kimi Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov karyerasını İspaniya II Liqasında mübrizə aparan "Kordoba” klubunda davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, 23 yaşlı futbolçu mövsümün sonunadək Əndəlüs təmsilçsinin şərəfini qoruyacaq. Bu gün "Kordoba” ilə rəsmi müqavilə imzalayan futbolçu klubun rəsmi televiziyasına açıqlama verib. O, yeni klubu haqqında bu fikirlərə yer verib:
"Kordoba”dan təklif gələndə tərəddüd etmədim. Düşündüm, ailəmlə mçəsləhətləşdikdən sonra qərar verdim. İnanıram ki, düzgün qərar vermişəm. "Kordoba” böyük komandadır. Mən yarımmüdafiə xəttində komandaya kömək edə bilərəm. Fərqli futbolçu deyiləm. Komandaya kömək etmək üçün burdayam və məşqçimiz şans verdiyi təqdirdə komandam üçün meydanda əlimdən gələni etməyə çalışacam. ”
Eddi sonda "Kordoba” azarkeşlərinə mesaj göndərməyi də unutmayıb: "Biz azarkeşlərlə güclüyük. Ümid edirəm ki, onlar stadiona gələrək tribunadan futbolçulara dəstək olacaqlar.”
Qeyd edək ki, Eddinin həftəsonu "Alorkon”la matçda iştirak edə biləcək.