"Sevilya"nın yarımmüdafiəçisi Cibril Sou karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Newsport.az xəbər verir ki, "Beşiktaş" isveçrəli futbolçunu transfer etmək istəyir. Bu barədə "Ficherio" nəşri məlumat yayıb.
İstanbul nəhəngi Sou üçün 7+2 milyon avroluq təklif göndərib. İspaniya klubunun bu təklifi qəbul etdiyi bildirilir.
Qeyd edək ki, "Sevilya" Cibril Sounu 2023-cü ilin yayında "Ayntraxt"dan 10 milyon avroya transfer edib. İsveçrə millisinin üzvü 2025/26 mövsümündə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.