"Atletiko" heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az xəbər verir ki, Madrid təmsilçisi "Sportinq"in kapitanı Morten Yulmannı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
La liqa nəhəngi 27 yaşlı dayaq yarımmüdafiəçisi üçün Portuqaliya klubuna 40+5 milyon avro təzminat ödəyəcək. Danimarlka millisinin üzvü "Atletiko" ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Morten Yulmann 2025/26 mövsüümündə "Sportinq"in heyətində bütün turnirlərdə meydana çıxdığı 45 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.