"Fransa ilə matça böyük aclıq və istəklə hazırlaşacağıq"

İspaniya millisi DÇ-2026-nın 1/4 finalında Belçika yığmasını məğlub edib.

​Newsport.az xəbər verir ki, oyun başa çatdıqdan sonra "qırmızı furya"nın heyətində qələbə qolunun müəllifi olan yarımmüdafiəçi Mikel Merino komandasının çıxışını şərh edib:

​"Belə bir oyundan sonra özümü necə hiss edə bilərəm? Əlbəttə ki, xoşbəxt. Hələ də buna inana bilmirəm. Düşünürdüm ki, belə hallar ya ümumiyyətlə təkrarlanmır, ya da nə vaxt olacağı məlum deyil. Görünür, bu dünyada təsadüflər yoxdur və əgər hazır olsan, bu yenidən baş verə bilər. ​Məhz buna görə də hazırda xoşbəxtəm. Keçən həftə yaşadığım hisslərdən vəcdə gəlmişəm. Ümid edirəm ki, daha çox həlledici qollar vuracağam. Növbəti oyunda da bunun baş verəcəyinə şübhə edirəm, amma yenə də ümidliyəm. Görək nə olur.

​Dünya çempionatının qalibi olmağa iki addım qalması bir xəyalın gerçəkləşməsidir. Ümid edirəm ki, biz buna nail ola biləcəyik. Bu, çox böyük hadisədir. Hazırda hamı dünya çempionatının oyunlarını izləyir. Təkcə İspaniyada deyil, bütün dünyada bu qədər insana sevinc bəxş etmək qürur mənbəyidir. ​Fransa ilə matç balanslı və parlaq oyun olacaq. Çünki bu, yarımfinaldır. İki elit komandadan daha azını gözləmək olmaz. Biz matça böyük aclıqla və qələbə qazanmaq üçün böyük istəklə hazırlaşacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right