Türk müdafiəçi "Bavariya"da

"Bavariya" heyətinə yeni futbolçu cəlb edib.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Spartak"ın müdafiəçisi Sərdar Taşçı bu mövsümün sonuna kimi icarə əsasında Münhen təmsilçisində çıxış edəcək.

28 yaşlı türkəsilli alman müdafiəçi yeni klubunda 4 nömrəli forma ilə çıxış edəcək.

Almaniya mətbuatı bu transfer üçün "Bavariya"nın "Spartak"a 2.5 milyon avro ödədiyini yazıb. Klub mövsümün sonu 10 milyon avro ilə oyunçunu birdəfəlik ala bilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right