Azərbaycan milli komandasının və "Real Mursiya”nın futbolçusu Eddi İsrafilovun yeni klubunun adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, Eddi karyerasını İspaniyada davam etdirəcək.
Son olaraq icarə əsasında La Liqa təmsilçisi "Eybar”ın şərəfini qoruyan İsrafilov karyerasını İspaniya Segunda Liqasında mübarizə aparan "Kordoba” klubuna keçib. Bu barədə məlumatı İspaniya mətbuatı yazıb. Belə ki, milli komandamızın müdafiəçisi ötən gün "Kordoba” ilə münasibətlərini rəsmiləşdirib. 23 yaşlı yarımmüdafiəçinin bu gün ictimaiyyətə rəsmən təqdim olunacağı gözlənilir. O, mövsümün sonunadək "Kordoba”nın şərəfini qoruyacaq.
Mənbədə yer alan xəbərlərə görə, Eddi "Malyorka” klubuna keçə bilərmiş. Lakin keçid bəzi məsələlərə görə son anda reallaşmayıb.
Qeyd edək ki, Eddi İsrafilov Azərbaycan milli komandasının heyətində 4 rəsmi oyunda forma geyinib.