DÇ-2026-nın 1/8 final mərhələsində keçirilən son oyunlardan sonra daha iki 1/4 final cütü bəlli olub.
Newsport.az xəbər verir ki, bu gün Norveç sensasiyalı şəkildə Braziliyanı 2:1 hesabı ilə üstələyib, İngiltərə isə Meksikanı mübarizədən kənarlaşdırıb (3:2).
Bununla da 1/4 finalın ilk iki cütü müəyyənləşib:
Fransa – Mərakeş
İngiltərə – Norveç
Digər iki 1/4 final cütünün iştirakçıları isə bu oyunlardan sonra müəyyənləşəcək:
Argentina – Misir / Kolumbiya – İsveçrə
Portuqaliya – İspaniya / ABŞ – Belçika
1/4 finalın oyunları iyulun 10-12-si aralığında keçiriləcək.