DÇ-2026-nın 1/8 finalında keçirilən Braziliya - Norveç matçının ən yaxşı oyunçusu bəlli olub.
Newsport.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada Erlinq Holann layiq görülüb.
Norveç millisinin hücumçusu 2:1 hesabı ilə qalib gəldikləri görüşdə dubl edib.
Qeyd edək ki, Norveç yığması 1/4 finala yüksəlib, Braziliya isə mübarizəni başa vurub.