"Bavariya" klubu "Ayntraxt"ın cinah müdafiəçisi Nataniel Braunla müqavilə imzaladığını açıqlayıb.
Newsport.az xəbər verir ki, klubun rəsmi saytı bu barədə məlumat yayıb.
Bildirilir ki, 23 yaşlı futbolçu ilə müqavilənin müddəti 2031-ci il iyunun 30-na qədər nəzərdə tutulub.
Müdafiəçi 2024-cü ilin yayından "Ayntraxt"da çıxış edirdi. O, ötən mövsüm bütün turnirlərdə 42 matçda iştirak edib, 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar dəyəri 40 milyon avro təşkil edir.