Azərbaycan milli komandasının futboolçusu Dmitri Nazarovun çıxış etdiyi "Karlsrue” klubu Almaniya II Bundes Liqasının ikinci yarısına hazırlıqlarını davam etdirir.
Newsport.az-ın məlumatına görə, çalışmalarını davam etdirən komanda bu gün yoxlama oyununda qüvvəsini sınayıb. Nazarovun komandasının rəqibi "Qroyter Frut” komandası olub. Qasrşılaşma "Karlsrue”nin 2-1 hesablı qələbəsi ilə başa çatıb. Nazarov qarşılaşmanın 46-cı dəqiqəsində meydana daxil olub və 72-ci dəqiqədə 11 metrlik cəerimə zərbəsini düzgün yerinə yetirərək komandasına qələbə qazandırıb.