“İnter” müdafiəçisi Federiko Dimarko ilə müqaviləni uzatmağa hazırlaşır.
Newsport.az xəbər verir ki, bu barədə italiyalı insayder Nikolo Şkira məlumat yayıb.
Milan klubu futbolçunun müqaviləsində yer alan uzatma bəndini işə salmağı planlaşdırır. Dimarkonun 2027-ci ilin yayına qədər nəzərdə tutulan hazırkı sözləşməsi 2028-ci ilə qədər uzadılacaq.
“İnter” 28 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq yeni anlaşma imzalamaq niyyətindədir.
Qeyd edək ki, Dimarko ötən mövsüm “İnter”in heyətində keçirdiyi 47 matçda 8 qol vurub, 18 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun bazar dəyərini 50 milyon avro qiymətləndirir.