"Tottenhem"in və İsveç millisinin yarımmüdafiəçisi Lukas Berqval London klubunu tərk etmək niyyətindədir. 20 yaşlı oyunçu rəhbərliyə komandadan ayrılmaq istədiyini bildirib.
Newsport.az xəbər verir ki, bu barədə Sky Sports məlumat yayıb.
Futbolçunun bu qərarı verməsinə əsas səbəb İtaliyalı mütəxəssis Roberto De Zerbinin baş məşqçi təyin olunmasından sonra az oyun şansı qazanmasıdır. İsveçli oyunçu yeni baş məşqçinin rəhbərliyi altında meydana çıxdığı beş matçda cəmi 113 dəqiqə şans qazanıb.
Qeyd edək ki, Berqval 2024-cü ildə İsveçin "Yurqorden" klubundan transfer edilib. "Transfermarkt" portalı onun hazırkı dəyərini 35 milyon avro olaraq qiymətləndirir.
Gənc yarımmüdafiəçi hazırda davam edən 2026-cı il dünya çempionatında İsveç yığmasının heyətində yer alıb. O, qrup mərhələsinin ikinci turunda Niderlanda 1:5 hesabı ilə məğlub olduqları qarşılaşmada 34 dəqiqə meydanda olub.